Düzgün.az xəbər verir ki, 92 saylı Göyçay-Ağdaş Seçki Dairəsinin sədri Nizam Məhərrəmov yaş həddi ilə əlaqədar olaraq vəzifəsindən azad edilib.
Sözügedən vəzifəyə Rəşad Kərimov təyin edilib.
Qeyd edək ki, R.Kərimov bu vəzifəyədək Göyçay şəhər Elton Əkbərov adına 2 saylı tam orta məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

