Cümə, 23 Oktyabr 2026 13:32:23 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Siyasət

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb

21.09.2026 16:16 · 305 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Polşadakı diaspor nümayəndələrinin və Azərbaycan Respublikasının səfirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində Azərbaycana qarşı təxribatın qarşısı alınıb.

Polşada istehsal olunmuş məhsulun üzərində artıq ləğv edilmiş separatçı rejimin əskisinin təsviri olan çap materialının yerli satışda olması barədə məlumat ölkədəki Azərbaycan diaspor nümayəndələrinin sosial şəbəkələrində yayımlamasından dərhal sonra Azərbaycan Respublikasının Polşadakı səfirliyi bu materialların istehsalının dayandırılması və satışdan çıxarılması istiqamətində tədbirlər həyata keçirib.

“Məhsulun” istehsalı və eyni zamanda satışı ilə məşğul olan “Henry” şirkətinin direktoru Çezarı Popiel ilə əlaqə saxlanılıb və məsələ ilə bağlı Azərbaycan Respublikasının kəskin etirazı bildirilib. Qarşı tərəf məsələ barədə sosial şəbəkələr vasitəsilə məlumatlı olduğunu və yol verilmiş yanlışlıqla bağlı üzrxahlığını bildirərək, qeyd olunan məhsulun istehsalının və satışının dayandırılması barədə qərar qəbul edildiyini vurğulayıb.

Səfirliyin təklifinə əsasən Çezare Popiel diplomatik nümayəndəliyi yazılı şəkildə məlumatlandırıb. Məktubda bildirib ki, “təsvirin” çap materiallarında istifadəsi məqsədyönlü və ya qəsdən həyata keçirilməyib, çapın hazırlanma mərhələsində “insan amili” nəticəsində baş verib. Məktubda həmçinin çap məhsulunun satışının tam dayandırıldığı, anbarda olan və müştərilərdən qaytarılmış bütün nüsxələrin dövriyyədən çıxarılaraq məhv ediləcəyi, eləcə də gələcək çap materiallarında həmin “təsvirin” istifadəsinin qarşısının alınması məqsədilə müvafiq düzəlişlərin edildiyi bildirilib.

Çezare Popiel səfirliyə göndərdiyi məktubda Azərbaycan Respublikasının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Polşadakı səfirliyi yuxarıda göstərilən təxribatı aşkarlamış, sosial şəbəkələrdə məsələyə hər iki ölkə ictimaiyyətinin diqqətini cəlb etmiş və müvafiq ünvanlara müraciətlər etmiş Azərbaycan diaspor nümayəndələrinə təşəkkürünü bildirib.

↑