Cümə, 23 Oktyabr 2026 11:05:26 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Gündəm

Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılır

14.09.2026 14:10 · 320 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, sentyabrın 15-dən Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı 10 dəqiqə qısaldılaraq 45 dəqiqədən 35 dəqiqəyə endiriləcək.

Bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumatında bildirilir. 

Bildirilib ki, hazırda Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmir yolu körpüsünün təmiri ilə əlaqədar Xırdalan–Bakı istiqamətində səfər müddəti 45 dəqiqə təşkil edir. Sentyabrın 15-dən yeni hərəkət cədvəlinin tətbiqi ilə bu müddət 35 dəqiqəyə endiriləcək.

Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamətdə sürət həddi bir qədər də artırılacaq. Bakı–Xırdalan istiqamətində səfər müddəti əvvəlki kimi 26 dəqiqə təşkil edəcək, eyni zamanda Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa olunacaq.

Yeni qrafikə əsasən, Bakı–Xırdalan–Bakı marşrutu üzrə reyslərin sayı 26-dan 32-yə çatdırılıb. Xırdalan istiqamətində sərnişin axını nəzərə alınaraq səhər saatlarında əlavə 2 reys, Bakı–Xırdalan istiqamətində isə saat 20:30-a yeni reys təyin edilib. Bununla da şəhərətrafı qatarların gündəlik reyslərinin ümumi sayı 90-dan 96-ya yüksəlib.

Bundan başqa, sentyabrın 15-dən sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək. Mövcud 35 turniketə əlavə olaraq yeni zalda 11 turniket quraşdırılıb. Beləliklə, vağzaldakı turniketlərin sayı 32 faiz artaraq 46-ya çatdırılıb.

ADY həmçinin turniketlərdə təmassız ödəniş imkanlarını genişləndirib. Hazırda “Visa” ilə yanaşı, “Mastercard” kartları ilə də NFC vasitəsilə gediş haqqını ödəmək mümkündür. Bank kartları ilə ödənilən gediş haqqı artıq səfərin həyata keçirildiyi gün hesabdan çıxılır.

Bakı və Sabunçu vağzallarında, həmçinin Pirşağı, Xırdalan, Koroğlu, Bakıxanov, Məmmədli və Dərnəgül stansiya və dayanacaqlarındakı turniketlərdə bank kartı ilə keçid üçün əlavə 58 validator quraşdırılıb.

Növbəti mərhələdə isə SİMA Pay vasitəsilə üztanıma ilə ödəniş terminallarının sayının artırılması nəzərdə tutulur.

↑