Cümə, 23 Oktyabr 2026 14:21:18 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Siyasət

Azərbaycan və Ermənistan bu barədə razılaşıb

09.09.2026 13:23 · 426 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycan və Ermənistan delimitasiya üzrə işləri şimal sərhədindən cənuba doğru aparmaq barədə razılaşıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası prosesinin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq şimaldan cənuba doğru aparılması barədə razılıq əldə edib.

Nazir bildirib ki, delimitasiya üzrə dövlət komissiyasında Azərbaycan tərəfindən komissiyaya Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir.

“Delimitasiya üzrə dövlət komissiyasında Azərbaycan tərəfindən tərkib dəyişməzdir. Komissiyaya Baş nazirin müavini cənab Şahin Mustafayev rəhbərlik edir. Mütəmadi olaraq komissiyaların görüşləri keçirilir və müzakirələr aparılır. Ermənistanda da müvafiq komissiyaya Baş nazirin müavini rəhbərlik edir”, – deyə C.Bayramov qeyd edib.

Onun sözlərinə görə, ötən dövr ərzində iki ölkənin komissiyaları arasında çoxsaylı görüşlər keçirilib, komissiyaların fəaliyyətini tənzimləyən bir sıra sənədlər həm Azərbaycanda, həm də Ermənistanda qəbul və təsdiq olunub.

“Ümumi sərhədimizin delimitasiyasının hansı istiqamətdən başlayaraq irəliləməsi ilə bağlı razılıq mövcuddur. İşlərin daha çətin olan şimal sərhədindən, Azərbaycan, Ermənistan və Gürcüstanın kəsişmə nöqtəsindən başlayaraq şimaldan cənuba doğru aparılması və irəliləməsi istiqamətində razılıq və qarşılıqlı anlaşma var”, – deyə nazir bildirib.

Ceyhun Bayramov daha spesifik məsələlərin delimitasiya komissiyalarının işinin gedişində müzakirə olunacağını və həllinin gözlənildiyini vurğulayıb.

“Daha spesifik detallara gəldikdə, təbii ki, bütün məsələlər vaxtı və zamanı gəldikcə müzakirə olunacaq və onların da həll olunması gözlənilir. Bu və ya digər yaşayış məntəqələri ilə bağlı məsələlər delimitasiya komissiyasının işi çərçivəsində müzakirə ediləcək”, – nazir bildirib.

↑