Bildirilib ki, mürəkkəb dağlıq relyefdə inşa olunan 75,8 kilometrlik Kəlbəcər–Laçın avtomobil yolu I–II texniki dərəcəli, 2–4 hərəkət zolaqlı olacaq.

Layihə çərçivəsində 17 tunel, 7 viaduk, 14 körpü və 212 suötürücü keçid inşa olunur. Ümumi uzunluğu 13 kilometrdən çox olan tunellərin hamısında qazma, 12-də isə betonlama işləri tamamlanıb.

Tikinti sahələrində 2 085-dən çox işçi və 509 texnika çalışır. Hazırda layihə üzrə ümumi işlərin 50%-dən çoxu icra olunub.

Yeni yol Kəlbəcər və Laçın arasında gediş-gəlişi qısaltmaqla yanaşı, regionda yeni nəqliyyat dəhlizinin formalaşmasına xidmət edəcək.