A. Səfərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ayaz Səfərov bu gün məhkəməsi keçirilmiş sayça üçünçü azərbaycanlıdır.


XXX

11:35

Düzgün.az  xəbər verir ki, Yekaterinburqun Leninski məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib.

“Unikal” xəbər verir ki, Həmyerlimiz 22 günlüyünə istintaq təcridxanasına göndərilib.

Məhkəmə M. Səfərovu iyulun 19-na kimi həbsdə saxlayıb.

 

XXX

09:51

“Düzgün.az” apa-ya istinadən xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb.

2000-ci illərin əvvələrində törədilmiş cinayət işində şübhəli bilinərək bu ilij iyunun 27-də zor tətbiq edilərək sazlanılan 9 nəfər azərbaycanlı məhkəmə qarşısına çıxarılıb.
Məhkəmə azərbaycanlılar barəsində həbs-qətiimkan tədbirinin seçilməsinə baxır.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.