Cümə, 23 Oktyabr 2026 08:04:10 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
İqtisadiyyat

Azərbaycanda bu şəxslərə kompensasiya ödəniləcək

04.08.2026 10:14 · 342 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

“Prezident İlham Əliyevin imzaladığı “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, ixrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiyaların ödənilməsinə başlanacaq”.

Düzgün.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, sənəd Azərbaycan mənşəli qeyri neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi xərclərinin dövlət tərəfindən kompensasiya edilməsini nəzərdə tutur.

“Gələn aydan ödənilməyə başlanılacaq kompensasiyalar mənşə sertifikatı ilə müəyyənləşdiriləcək və vəsaiti Azərbaycan mənşəli malların ixracatını həyata keçirən mikro, kiçik və orta sahibkarlar ala biləcək. Bu zaman ixrac olunmuş qeyri neft-qaz mallarına görə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq. Kompensasiyanın məbləğinə gəldikdə isə gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə görə fərqli olacaq.

2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına görə hesablanacaq kompensasiyalarda hər bir ixrac bəyannaməsi üzrə yuxarı hədd müəyyən ediləcək və ödənişlər ona əsasən veriləcək. Kompensasiyaların verilməsi ixrac həyata keçirən mikro, kiçik və orta sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək. Bu, qeyri neft-qaz ixracının strukturunun dəyişməsinə və bazarlar üzrə şaxələnməsinə şərait yaradacaq”.

↑