Düzgün.az xəbər verir ki, dövlət sərhədinin demarkasiyasından sonra Özbəkistan Çon-Qara və Taş-Tobo kəndlərinin Qırğızıstana verilməsi prosesinə başlayıb.
Bu kəndlərdə əsasən etnik qırğızlar yaşayır (ümumilikdə təxminən 2500 nəfər). İndi onlara Qırğızıstan vətəndaşlığı veriləcək.
Əvəzində Qırğızıstan sərhəd boyunca ekvivalent torpaq sahəsini Özbəkistana verəcək.

