Düzgün.az xəbər verir ki, Ucar rayonunun Bağırbəyli kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmalarla yanğının kənd sakini T.Zülfüqarov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar ərazidə quru otlaq sahəsi yanıb.
Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

