Cümə, 23 Oktyabr 2026 10:11:16 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Təhsil

Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ!

03.08.2026 09:12 · 579 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Dövlət İmtahan Mərkəzindən “Düzgün.az”a verilən məlumata görə, magistraturaya qəbul olunan şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada https://my.gov.az/ platformasında qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyənlər imtina etmiş hesab olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 721 bakalavrdan 13 845 nəfər ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunub. Qəbul olunanlardan 6 580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabına, 7 213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 10 510 nəfəri cari ilin, 3 335 nəfəri isə əvvəlki illərin məzunlarıdır.

Bu il ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166 nəfər, əsas yerləşdirmə nəticəsində magistraturaya qəbul olunanların sayı isə 399 nəfər artıb.

Ötən il 5 798 nəfər dövlət sifarişi ilə qəbul olunduğu halda, bu il 6 580 nəfər dövlət sifarişi, 52 nəfər isə dövlət hesabına qəbul edilib. Beləliklə, ötən illə müqayisədə 834 nəfər daha çox bakalavr ödənişsiz təhsil almaq imkanı qazanıb.

2026-cı ilin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i, yəni 78,41 faizi dolub. Müqayisə üçün qeyd edək ki, ötən il 16 848 plan yeri ayrılmış və dolma göstəricisi 79,81 faiz olmuşdu. Bu il plan yerlərinin sayı ötən illə müqayisədə 810 yer çox olub.

Bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar arasında müsabiqə vəziyyəti fərqli olub. Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik və yanğın təhlükəsizliyi mühəndisliyinə uyğun 4, 8, 21, 52, 55, 57, 60 və 71 nömrəli proqramlara ayrılmış plan yerləri tam (100 faiz) dolub.

“Ali təhsil müəssisələri üzrə nəticələrə gəlincə, Dövlət Gömrük Komitəsinin Akademiyası və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerlərinin hamısı dolub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasında isə plan yerlərinin 90 faizdən çoxu tutulub.

Plan yerlərinin dolma göstəricisi ən aşağı olan ali təhsil müəssisələri isə Bakı Avrasiya Universiteti (21,30 faiz) və Azərbaycan Kooperasiya Universiteti (36,51 faiz) olub”, – DİM-in məlumatında bildirilib.

Qeyd edək ki, boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu günlərdə elan olunacaq. Magistraturaya qəbul ola bilməyən bakalavrlar həmin mərhələdə yenidən ixtisaslaşma seçimi edə biləcəklər.

↑