Cümə, 23 Oktyabr 2026 11:41:54 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Bölgə

Milli Varlığımızın Bünövrəsi – Azərbaycan Dili

01.08.2026 17:46 · 179 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Hər bir xalqın milli kimliyini, zəngin tarixini və mədəni irsini yaşadan, onu gələcək nəsillərə ötürən ən mühüm xəzinə onun ana dilidir. Ana dili bir millətin hafizəsidir, onun ürəyində döyünən və damarlarında axan canlı ruhudur. İnsan dünyaya göz açdığı andan ilk eşitdiyi sözlər ana dilində olur. Ana laylası, nənə nağılı, ata nəsihəti – hamısı bu dilin şəfqəti, istiliyi və dərinliyi ilə qəlbimizə həkk olunur. Ana dili insanın düşüncəsini formalaşdırır, dünyaya baxışını müəyyənləşdirir. Ana dili yalnız rabitə vasitəsi deyil – o, bir xalqın tarixidir, ədəbiyyatıdır, fəlsəfəsidir, musiqisidir. Ana dili hər bir millətin özünəməxsusluğunun, milli kimliyinin ifadəsidir. Dilini qoruyan xalq öz köklərini qoruyur, gələcəyini möhkəmləndirir. Ümummilli lider Heydər Əliyev demişdir:
“Hər bir xalqın milli-mənəvi sərvətləri içərisində onun ana dili əsas yer tutur. Ana dili millətin varlığının, onun inkişafının əsas təminatlarından biridir.” Azərbaycan dili dövlət səviyyəsində öz əsl dəyərini və hüquqi statusunu məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə qazandı.
Onun təşəbbüsü ilə 2001-ci ildə Azərbaycan Respublikasında 1 Avqust- Ana Dili Günü kimi rəsmiləşdirildi. Bu qərar dövlətimizin dil siyasətinin əsasını qoydu. Dilimizin qorunması, inkişafı və təbliği istiqamətində mühüm işlərin başlanğıcı oldu. Bu gün Azərbaycan dili dövlət dilidir və dünya miqyasında tanınan, öyrənilən, öyrədilən dillər sırasına daxil edilib. Ancaq bu, bir uğurun sonu deyil, əksinə davamlı diqqət və məsuliyyət tələb edən bir prosesdir. Təəssüf ki, müasir dövrdə bəzi insanlar, xüsusən də gənclər bəzən yad dillərə meyl edir, ana dilinə laqeyd yanaşırlar. Unutmayaq ki, dilə biganəlik – milli ruhsuzluğa, milli yaddaşın itirilməsinə gətirib çıxarır. Ana dili sevgi ve diqqət tələb edir. Onu qorumaq yalnız dövlətin deyil hər bir vətəndaşın borcudur.
Ana dilimizdə sevərək oxuduğumuz Nizami Gəncəvi, Füzuli,Xəqani, M.Ə.Sabir, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Bəxtiyar Vahabzadə kimi klassiklərin əsərləri bizim üçün bir məktəb olmalıdır. Bu əsərlər dilimizin zənginliyini və gözəlliyini bütün parlaqlığı ilə nümayiş etdirir.
Nəticə etibarilə, 1 Avqust tarixi təkcə təqvimdəki əlamətdar gün deyil, həm də milli həmrəyliyimizin və özünüdərkimizin göstəricisidir. Latın qrafikalı əlifbamız və zəngin ana dilimiz müstəqil Azərbaycanın parlaq gələcəyinə işıq saçmağa, xalqımızın səsini dünyada ucaltmağa davam edəcəkdir.

Düzgün.az

Göyçay rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Ülkər Abdullayeva

↑