Düzgün.az xəbər verir ki, hadisə bu gün saat 11:30-da Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, VAZ-2107, “Mercedes” və “Volkswagen” markalı avtomobillər toqquşub.
Nəticədə VAZ-2107-nin sürücüsü, 36 yaşlı Ramiz İsgəndərov xəsarət alıb.
“Volkswagen” markalı avtomobildə olan iki sərnişinə isə ilkin tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.



