Düzgün.az xəbər verir ki, qəza rayonun Əlibəyli kəndi ərazisində “Mercedes” və “Niva” markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.
Belə ki, qəza zamanı “Niva” avtomobilində olan azyaşlı sərnişin, 12 yaşlı Şamaxı rayon sakini S. Babazadə aldığı ağır xəsarətlərdən həyatını itirib.
Hadisə nəticəsində azyaşlının ailə üzvləri – 46 yaşlı Ruslan Babayev, 42 yaşlı Əzizə Babayeva, onların 5 yaşlı övladı, eləcə də “Mercedes” avtomobilinin sürücüsü, 33 yaşlı Mehman Rüstəmli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.


