Cümə, 23 Oktyabr 2026 11:06:55 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Təhsil

Keçid ballarının artacağı gözlənilir – RƏSMİ

31.07.2026 15:53 · 333 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Bu il l ixtisas qrupu üzrə 300–400 bal intervalında keçid ballarının artacağı gözlənilir.

Düzgün.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, l ixtisas qrupu üzrə 600-dən yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 1–2 bal azalacağı gözlənilir: “500–600 bal intervalında isə təxminən 16 bala qədər azalma müşahidə oluna bilər. 400–500 bal aralığında da keçid ballarının təxminən 5 bal aşağı düşəcəyi proqnozlaşdırılır. Bunun əksinə olaraq, 300–400 bal intervalında keçid ballarının artacağı gözlənilir. Çünki bu bal aralığında nəticə göstərən abituriyentlərin sayı artıb və bu da müsabiqə şəraitinə təsir göstərə bilər”.

DİM sədri vurğulayıb ki, II ixtisas qrupu üzrə bütün bal intervallarında keçid ballarında cüzi azalma proqnozlaşdırılır: “Bu azalma əsasən 1–3 bal arasında dəyişə bilər. 300–400 bal intervalında isə keçid ballarının 12 bala qədər aşağı düşməsi mümkündür. Lakin 200–300 bal aralığında vəziyyət fərqlidir. Bu intervalda nəticə göstərən abituriyentlərin sayı artdığı üçün müsabiqə güclənə bilər və nəticədə keçid ballarında 3–4 ballıq artım gözlənilir”.

M.Abbaszadənin sözlərinə görə, III ixtisas qrupu üzrə 600-dən yuxarı keçid balı olan ixtisaslarda balların 3–4 bal azalması mümkündür: “Ancaq 500–600 bal intervalında nəticələr daha sıxdır və burada keçid ballarının 3–4 bal artacağı ehtimal edilir. Eyni zamanda 400–500, 300–400 və 200–300 bal intervallarında da keçid ballarının təxminən 1–8 bal artacağı proqnozlaşdırılır. IV ixtisas qrupu üzrə isə müsabiqə vəziyyəti daha gərgindir. Hazırda apellyasiya nəticələri açıqlanmasa da, artıq 1000-dən çox abituriyent 600-dən yuxarı bal toplayıb. Buna görə də 600-dən yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 15–17 bala qədər artacağı gözlənilir”.

“Məsələn, ötən il hər hansı bir ixtisasa 605 balla qəbul mümkün idisə, bu il həmin ixtisasa qəbul üçün daha yüksək bal tələb oluna bilər. 500–600 bal intervalında da keçid ballarında artım gözlənilir. Bununla yanaşı, 400–500 bal intervalında keçid ballarının ötən illə müqayisədə əsasən sabit qalacağı, 200–300 bal intervalında isə müəyyən qədər azalacağı proqnozlaşdırılır”- DİM sədri əlavə edib.

↑