Düzgün.az xəbər verir ki, Xalq artisti Faiq Ağayev “DreamFest”dəki görünüşü ilə bağlı səsləndirilən rəylərə münasibət bildirib.
Müğənni yeni saç düzümü ilə bağlı yazılan şərhlərə sosial şəbəkə hesabında cavab verib. O, bu tərzi illər əvvəl də sınadığını qeyd edib.
“Cəsarət mətinlik göstəricisidir. Əsl güc, haqlı olduğun yolda qətiyyətlə, rahat addımlamaqdır. Cahillərin təzyiqi isə yalnız özünə inanmayanları sarsıdır” deyə, F. Ağayev yazıb.Axşam.az
