Düzgün.az xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Hacalıkənd kəndində baş verib.
Belə ki, hərəkətdə olan Mercedes markalı minik avtomobili idarəetməni itirərək elektrik dirəyinə dəyib, ardınca isə fərdi yaşayış evinə çırpılıb.Nəticədə avtomobildə anidən yanğın baş verib.
Hadisə yerinə Göyçay rayon polis şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.Bununla yanaşı qəza nəticəsində elektrikin verilişində fasilələr yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Səbuhi Eltonlu


