Düzgün.az xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov avqustun 31-də saat 10:00-da Göyçay rayon Heydər Əliyev Mərkəzində Göyçay, Ucar, Zərdab rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Qəbulda iştirak etmək istəyən şəxslər Göyçay Elektrik Şəbəkəsinə və ya “Azərişıq” ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.
