Cümə, 23 Oktyabr 2026 11:44:04 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
İdman

“Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm” – “Neftçi”nin baş məşqçisi

22.07.2026 23:10 · 241 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

“Cavab oyununda vəziyyəti dəyişməyə çalışacağıq”.

Düzgün.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Dinamo” (Minsk) komandasına 2:4 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis məğlubiyyətə görə məsuliyyət daşıdığını bildirib: “Bu nəticəyə görə günahı öz üzərimə götürürəm. Komandamız oyuna yaxşı başladı, ilk 15-20 dəqiqədə üstün oyun nümayiş etdirdi və iki qol vurdu. Daha sonra isə səhvlər buraxdıq. Emil Balayev birinci hissədə zədələnsə də, oyunu davam etdirdi. Buna baxmayaraq, qapımızda qol gördük. Fasiləyə üstün yollanmışdıq və komandanın əhval-ruhiyyəsi yüksək idi. Təəssüf ki, buraxdığımız qolların hamısı fərdi səhvlərin nəticəsi oldu”.

Baş məşqçi komandasının yaratdığı imkanlardan yararlana bilmədiyini də vurğulayıb: “Əlverişli qol epizodlarımız oldu, lakin onları dəyərləndirə bilmədik. Futbolda sən vurmayanda, rəqib vurur. Bu oyunu ətraflı təhlil edib düzgün nəticələr çıxarmalıyıq. Futbolçular haqqında ayrıca danışmaq istəmirəm. Bunun doğru yanaşma olduğunu düşünmürəm”.

Vernidub istefa ehtimalına da münasibət bildirib: “Hazırda bütün diqqətimizi cavab görüşünə yönəltmişik. Səfərdə qalib gəlmək və vəziyyəti dəyişmək imkanımız var. Baş məşqçiyə işləmək üçün vaxt verilməlidir. Mütəmadi məşqçi dəyişikliyi uğur qazandırmır. Futbolda qələbə olduğu kimi, məğlubiyyət də var. Belə hallar qaçılmazdır”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da keçiriləcək. Bu cütün qalibi növbəti mərhələdə “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) qarşılaşmasının qalibi ilə qarşılaşacaq.

↑