Cümə, 23 Oktyabr 2026 09:34:38 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Hadisə

Hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxs saxlanıldı – VİDEO

22.07.2026 14:04 · 386 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müxtəlif hüquqi şəxslərə məxsus biznes hesablarına xüsusi proqram təminatları vasitəsilə qanunsuz müdaxilə edilərək pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub.

DİN-in Mətbuat xidmətindən  verilən məlumata görə, keçirilmiş əməliyyat-texniki tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Zakir Nəhmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Z.Nəhmədov xüsusi proqram təminatları hazırlayaraq müxtəlif MMC-lərə məxsus biznes hesablarına aid identifikasiya məlumatlarını ələ keçirib.

Daha sonra həmin məlumatlardan istifadə etməklə biznes hesablarına giriş üçün elektron təsdiq sorğuları göndərib. Sorğuların göndərilmə mənbəyi yoxlanılmadan onlar təsdiqlədikdən sonra Z.Nəhmədov hesablara qanunsuz giriş əldə edərək orada olan pul vəsaitlərini ələ keçirib.

Sonradan o, cinayət yolu ilə əldə etdiyi vəsaitlərin mənbəyini gizlətmək və “iz” itirmək məqsədilə həmin pulları kriptovalyutaya çevirərək leqallaşdırıb. İlkin araşdırma zamanı Z.Nəhmədovun zərərçəkmişlərə 100 min manatdan artıq ziyan vurduğu məlum olub.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

“Bir daha vətəndaşlara və sahibkarlıq subyektlərinə müraciət edərək bildiririk ki, identifikasiya məlumatları, internet bankçılığı və digər elektron ödəniş vasitələri ilə bağlı daxil olan sorğuların mənbəyini yoxlamadan təsdiqləməsinlər. Heç bir halda giriş məlumatlarını, təsdiq kodlarını və elektron imza məlumatlarını üçüncü şəxslərlə paylaşmasınlar. Şübhəli sorğular və keçidlər, həmçinin hesablarla bağlı naməlum əməliyyatlar müşahidə etdikdə dərhal xidmət göstərən banka və polis orqanlarına məlumat versinlər. Unutmaq olmaz ki, təsdiq edilən hər bir elektron sorğu hesablarınız üzrə maliyyə əməliyyatlarının həyata keçirilməsinə zəmin yarada bilər”, DİN-in məlumatında deyilir.

 

 

↑