Cümə, 23 Oktyabr 2026 08:50:28 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Şoubiznes

Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi

22.07.2026 15:48 · 373 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycan Respublikasının Xalq artisti, tanınmış teatr və kino aktyoru, rejissor Tofiq İbrahim oğlu Mirzəyev 94 yaşında İsraildə vəfat edib.

16 iyun 1932-ci ildə Gədəbəy rayonunda anadan olan Tofiq Mirzəyev uzun illər ərzində Azərbaycan teatrı, kino və televiziya sənətinin inkişafına dəyərli töhfələr verib, zəngin yaradıcılığı ilə milli mədəniyyət tarixində özünəməxsus yer tutub.

Tofiq Mirzəyev geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan görkəmli sənətkar kimi “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Təhminə”, “O qızı tapın” və digər ekran əsərlərində yaratdığı yaddaqalan obrazlarla Azərbaycan kino salnaməsində silinməz iz qoyub. O, aktyorluq fəaliyyəti ilə yanaşı, televiziya rejissoru kimi də uğurla çalışaraq milli televiziya və ekran mədəniyyətinin inkişafında mühüm xidmətlər göstərib. 

Sənətkarın çoxillik səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1976-cı ildə Azərbaycan SSR-nin Əməkdar artisti, 2022-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb, həmin ildə “Şöhrət” ordeni ilə təltif edilib. Tofiq Mirzəyev, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Ömrünün son illərini İsraildə keçirməsinə baxmayaraq, Tofiq Mirzəyev doğma Vətəninə, Azərbaycan xalqına və milli mədəniyyətinə bağlılığını daim qoruyub saxlayaraq, incəsənətimizin təbliği istiqamətində fəaliyyətini davam etdirib. 

Tofiq Mirzəyevin vəfatı Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük itkidir. Onun zəngin yaradıcılıq irsi, yaratdığı bənzərsiz obrazlar və sənətə verdiyi töhfələr xalqımızın mədəni yaddaşında daim yaşayacaq.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Tofiq Mirzəyevin vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

↑