Cümə, 23 Oktyabr 2026 12:42:26 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
İdman

Azərbaycan klublarının avrokuboklarda potensial rəqibləri müəyyənləşir

20.07.2026 12:41 · 295 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, bu gün futbol üzrə avrokubokların III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Azərbaycan təmsilçilərinin də növbəti mərhələdəki mümkün rəqibləri bəlli olacaq.

İlk olaraq Bakı vaxtı ilə saat 14:00-da UEFA Çempionlar Liqasının püşkü atılacaq. II təsnifat mərhələsində Finlandiyanın “KuPS” komandası ilə qarşılaşacaq “Sabah” püşkatmada səpələnməmişlər səbətində qərarlaşıb.

“Sabah”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri:

“Larn” (Şimali İrlandiya) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi

“Tun” (İsveçrə) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi

“İberiya”(Gürcüstan) – “Slovan”(Slovakiya) cütünün qalibi

“Orxus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi

“Eqnatiya” (Albaniya) – “Selye” (Sloveniya) cütünün qalibi

“Omoniya (Kipr) – “Kayrat” (Qazaxıstan) cütünün qalibi

Saat 15:00-da isə UEFA Avropa Liqasında növbəti raundun cütlükləri müəyyən ediləcək. “Qarabağ” püşk zamanı səpələnmişlər qrupunda yer alacaq. Ağdam klubu III mərhələyə vəsiqə qazanmaq üçün ilk növbədə II təsnifat mərhələsində Bolqarıstanın MOİK komandasını üstələməlidir.

“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri:

“Şerif” (Moldova) – “Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi

“Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün məğlubu

“Fənərbağça” (Türkiyə) – “Qurnik” (Polşa) cütünün məğlubu

UEFA Konfrans Liqasında mübarizə aparan “Neftçi” və “Zirə” də bu gün potensial rəqiblərini tanıyacaqlar. Hər iki komanda püşkatma mərasiminə səpələnməmişlər səbətindən qoşulacaq. II təsnifat mərhələsində “Neftçi” Belarusun “Dinamo” (Minsk), “Zirə” isə Estoniyanın “Payde” kollektivi ilə qarşılaşacaq.

“Neftçi”nin Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri:

“Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi

“Pakş” (Macarıstan) – “Panatinaikos” (Yunanıstan) cütünün qalibi

“Luqano” (İsveçrə) – “Dukadjini” (Kosovo) cütünün qalibi

AEK (Larnaka, Kipr) – “Beytar” (İsrail) cütünün qalibi

“Zirə”nin Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri:

“Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi

“Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi

“Rakuv” (Polşa) – “Valletta” (Malta) cütünün qalibi

“Riyeka” (Xorvatiya) – “Derri Siti” (İrlandiya) cütünün qalibi

“Polesye” (Ukrayna) – “Kopenhagen” (Danimarka) cütünün qalibi.

↑