Düzgün.az xəbər verir ki, “Dənizçilərin İctimai Birliyi”nin sədri İlham Nəsirov gəminin kapitanı Səməd Nəsrullayevin həlak olduğunu bildirib.

Birlik sədri öz vəzifə borcunu yerinə yetirərkən amansız hücumun qurbanı olan kapitanın yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də hücum barədə məlumat yayıb. Məlumatda xilas edilən ekipaj üzvlərinin vəziyyətinin qənaətbəxşt olduğu, kapitanın axtarışı istiqamətində tədbirlər görüldüyü qeyd edilib.