Cümə, 23 Oktyabr 2026 09:34:38 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
İqtisadiyyat

Toxumçuluq sahəsində Reyestr yaradılır

10.07.2026 12:28 · 352 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi 6 fəsildən, 27 maddədən ibarətdir.

Layihəyə əsasən, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi ( Reyestr) yaradılacaq. Reyestr seleksiya nailiyyətləri (sortlar və hibridlər, cinslər), qeydiyyata alınmış toxum əməliyyatçıları, seleksiya nailiyyətlərindən istifadə ilə əlaqədar bağlanmış müqavilələr və toxumluq əkinlər barədə məlumatların (qeydlərin) məcmusudur. Elektronlaşma nəticəsində aidiyyəti şəxslərin sortluq və səpin keyfiyyətini təsdiq edən sertifikatı olan toxumlar, habelə onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumat almalarına şərait yaradacaq.

Toxumçuluq haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanılan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə həmin orqanın (qurumun) hesabına köçürüləcək. Müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Qeyd edək ki, yeni qanun qüvvəyə mindiyi gündən “Toxumçuluq haqqında” 1997-ci il 11 mart tarixli 257-IQ nömrəli qanun ləğv ediləcək. Bu Qanun qüvvəyə minənədək toxum istehsalçılarına toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş şəhadətnamələr həmin şəhadətnamədə göstərilən müddətdə öz hüquqi qüvvəsini saxlayacaq.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib. 

↑