Cümə, 23 Oktyabr 2026 10:54:20 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Təhsil

Maşınını işçilərə yuduzduran direktor və müavini cəzalandırılacaq

26.06.2025 23:46 · 106 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Bakının 240 nömrəli tam orta məktəbində vəzifə səlahiyyətlərindən sui-istifadə və qeyri-qanuni fəaliyyətlərlə bağlı iddialar yayılıb.

Məktəbin direktoru Esmira Məmmədova və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən 77-PV-515 və 77-YG-944 dövlət nömrə nişanlı nəqliyyat vasitələri məktəbin ərazisində saxlanılır və məktəbin texniki işçiləri tərəfindən yuyulur.

Halbuki mövcud qaydalara əsasən, məktəb ərazisinə şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır.

İddialara əsasən, Arifə Məmmədova məktəbdəki vəzifəsindən şəxsi məqsədlər üçün istifadə edir. Onun dərs saatlarını digər müəllimlər və laboratoriya əməkdaşlarına ötürərək dərsdən yayınması, eyni zamanda məktəbin işçilərinə şəxsi işlər gördürməsi ilə bağlı görüntülər də ortaya çıxıb.

Daha öncə Şəmkir rayonunda çalışdığı dövrdə də Arifə Məmmədovanın adı qalmaqallı iddialarda hallanıb. Belə ki, onun altı nəfərdən 2 500-3 000 manat civarında pul alaraq məktəbdə texniki işə düzəldəcəyi vədini verdiyi, lakin bu vədini yerinə yetirməyərək bölgəni tərk etdiyi bildirilir. Pulunu geri tələb edən şəxslərə isə aylarla “hazırda yoxdur, sonra qaytaracağam” cavabını verdiyi deyilir.

Ən diqqətçəkən məqamlardan biri isə direktor Esmira Məmmədovanın iddia edilən qalmaqallı açıqlamalarıdır. Onun yaxın çevrəsində “Hesabımı vermişəm, sentyabrda yenidən direktor vəzifəmə qayıdacağam. Mətbuat nə yazır yazsın, hər şeyin qiyməti var – verirsən, işin həll olunur”, kimi ifadələr işlətdiyi iddia olunur.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 240 nömrəli məktəbin həyətində məktəb direktoruna və direktor müavininə məxsus avtomobillərin texniki işçilər tərəfindən yuyulması ilə bağlı məsələ araşdırılır.

Həmçinin qeyd olunub ki, araşdırma çərçivəsində aidiyyəti şəxslərdən izahat alınıb:

“Məktəb direktoru barəsində məktəbin fəaliyyət sahəsinə uyğun olmayan hallara yol verdiyinə görə qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur”./Oxu.az

↑