Cümə, 23 Oktyabr 2026 15:13:23 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Təhsil

Şagirddə mobil telefon aşkarlanarsa, nə ediləcək? – Yeni qaydalar

29.06.2026 19:15 · 342 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Elm və Təhsil Nazirliyinin müvafiq Kollegiya Qərarı ilə məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəni tənzimləyən yeni Qaydalar təsdiq edilib.

Düzgün.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı məlumat yayıb.

“Bu Qərar bilavasitə Azərbaycan Respublikası Prezidentinin rəqəmsal mühitdə uşaqların zərərli məzmundan qorunması ilə bağlı Sərəncamının icrasını təmin etmək məqsədi daşıyır”, – o bildirib.

Qeyd olunub ki, yeni qaydaların əsas mahiyyəti ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini artırmaq, şagirdlərin diqqətini dərsə yönəltmək və onları rəqəmsal dünyanın mənfi təsirlərindən qorumaqdır.

Qaydalara görə, şagirdlərin dərs və məşğələ müddətində mobil telefon, planşet, ağıllı saat və digər analoji cihazlardan istifadəsi qadağan edilir. Şagirdlər tərəfindən məktəbə gətirilən cihazlar dərs bitənədək söndürülmüş və ya səssiz rejimdə, məktəb rəhbərliyinin müəyyən etdiyi xüsusi yerlərdə saxlanılmalıdır.

Cihazlardan yalnız müəllimin icazəsi və nəzarəti ilə, sırf tədris məqsədləri üçün köməkçi vasitə kimi istifadə oluna bilər. Mobil və elektron cihazlardan yalnız zəruri hallarda (təbii fəlakət və digər fövqəladə hallar, sağlamlıq vəziyyəti ilə bağlı və s.) istifadəyə icazə verilir.

Qaydaların pozulması hallarına nəzarət məktəbin daxili intizam qaydaları ilə tənzimlənəcək. Cihazlardan qanunsuz istifadə aşkarlandıqda, 1 iş günü müddətində valideyn (və ya digər qanuni nümayəndə) dərhal məlumatlandırılacaq, şagirdlə fərdi profilaktik söhbət aparılacaq, valideyn məktəbə dəvət olunaraq müəllimlərlə birgə müzakirə təşkil ediləcək və şagird tərbiyəvi tədbirlərə cəlb olunacaq.

Bu qaydalar sadəcə bir “qadağa” mexanizmi deyil. Qaydalarda vurğulanır ki, məktəblərdə şagirdlər, müəllimlər və valideynlər üçün informasiya təhlükəsizliyi, elektron oyunlar zamanı diqqət yetirilməli olan məqamlar, həmçinin kibertəhlükəsizliyin təmin edilməsi mövzularında mütəmadi maarifləndirmə tədbirləri keçiriləcək.

Yeni qərar məktəblərdə texnologiyanı tamamilə rədd etmir, əksinə, onun nəzarətsiz istifadəsini məhdudlaşdıraraq təhlükəsiz tədris mühiti yaratmağı hədəfləyir.

↑