Düzgün.az xəbər verir ki, hadisə bu gün rayonun Nizami küçəsində saat 14 radələrində baş verib.
Belə ki, motosiklet sürücüsü 1997-ci il təvəllüdlü Abullayev Kamil Elşən oğlu şəhər ərazisində “VAZ-2107” markalı avtomobillə toqquşub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan motosiklet sürücüsü Kamil Abdullayev xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.






