Cümə, 23 Oktyabr 2026 10:54:19 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Təhsil

Sertifikasiya imtahanında iştirak edən 7 müəllimin nəticəsi ləğv ediləcək

25.06.2025 21:36 · 114 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, 18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə 39 imtahan mərkəzində keçirilən prosesdə ümumilikdə 22 383 müəllim iştirak edib:

“Sertifikatlaşdırma prosesindən uğurla keçən bütün müəllimlərimizi təbrik edir, biliyi, məsuliyyəti, zəhməti və əzmini minnətdarlıqla qiymətləndirir, gələcək əmək fəaliyyətinlərində-öyrənmə və öyrətmə yolunda hər birinə uğurlar arzulayırıq.

İmtahan təşkilindən öncə imtahan qaydaları, təlimatlar müəllimlərlə bölüşülsə də, çoxsaylı görüşlər keçirilib müəyyən xəbərdarlıqlar edilsə də təəssüflə bildiririk ki, az sayda neqativ hallara da rast gəlinib. Belə ki, 7 nəfər müəllimin nəticəsinin imtahan qaydalarını pozması (imtahan zamanı telefondan istifadə, imtahan suallarının şəkillərinin çəkilməsi və s.) səbəbi ilə ləğv edilməsi nəzərdə tutulub. Bu cür hallar prosesə kölgə salmaqla yanaşı, müəllim adının daşıdığı yüksək ictimai etimadla ziddiyyət təşkil edir.

Ona görə də hər bir iştirakçının bu mərhələyə dürüstlük, məsuliyyət və daxili intizamla yanaşmasının vacibliyini bir daha vurğulayırıq”, – açıqlamada bildirilir.

↑