Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası 51,71% səsıə liderdir. 

Mərkəzi Seçki Komissiyasının məlumatına görə yenilənmiş məlumatlar:

1. İslahatçı Partiya: 0,1% — 567 səs;

2. “Hamıya Qarşı” Demokrat Partiyası: 1,23% — 7,337 səs;

3. “Güclü Ermənistan” Alyansı: 23,2% — 138,228 səs;

4. Erməni Millətçi Partiyası: 1,73% — 10,310 səs;

5. “Yeni Güc” İslahatçı Partiyası: 1,39% — 8,191 səs;

6. “Birlik Qanadları” Partiyası: 2,29% — 13,462 səs;

7. Çiçəklənən Ermənistan Partiyası: 4,23% — 25,218 səs;

8. Milli Demokrat Qütb Panerməni Partiyası: 0,34% — 1,973 səs;

9. Köçəryanın Milli Dirçəliş və Millətin Oyanışı Partiyası: 0,12% — 728 səs;

10. Erməni Milli Konqres Partiyası: 0.19% — 1176 səs;

11. Respublika Partiyası: 0.98% — 5717 səs;

12. Xristian Demokrat Partiyası: 0.17% — 970 səs;

14. Demokratik Həmrəylik Partiyası: 0.33% — 1940 səs;

15. Demokratiya, Qanun və Qayda (DOK) Partiyası: 1.69% — 9907 səs;

16. Baş nazir Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası: 51.71% — 303.648 səs;

17. Ermənistan Partiyaları Alyansı: 9.33% — 54.768 səs;

18. Respublika Naminə, Demokratiya Müdafiəçiləri Partiyası: 0.4% — 2143 səs;

19. Parlaq Ermənistan Partiyası: 0.47% — 2737 səs.

***
01:08

Düzgün.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası 159 seçki məntəqəsindən əldə edilən məlumatları emal etdikdən sonra parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. 

Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 56,37%-i ilə liderlik edir.

“Güclü Ermənistan” 22,7%, “Ermənistan” bloku 8,03% və “Çiçəklənən Ermənistan “4,41% səslə onu izləyir. Səslərin sayılması davam edir.

***
23:43

“İnfocom”un açıq məlumatlara əsaslanan hesablamalarına görə, “Vətəndaş Müqaviləsi” Partiyası Ermənistan parlament seçkilərində 70%-dən çox səslə inamla liderlik edir.

Düzgün.az xəbər verir ki, resursa görə, ilkin səsvermə nəticələri hazırda aşağıdakı kimidir:

▪️Vətəndaş Müqaviləsi — 70,4%
▪️Güclü Ermənistan — 17,1%
▪️Ermənistan Bloku — 6,8%
▪️Çiçəklənən Ermənistan — 3,5%