Düzgün.az xəbər verir ki, parlament seçkiləri günü 2 seçki komissiyası sədri və 1 katib gecə saatlarında saxlanılıb.
Bu barədə Ermənistan Mə rkəzi Seçki Komissiyasının sədri Vaahn Hovakimyan məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə 48 seçki məntəqəsində 50 komissiya üzvü işə çıxmayıb. Bəzi məntəqələrdə texniki nasazlıqlar da qeydə alınıb.
MSK sədri vurğulayıb ki, Seçki Məcəlləsinə əsasən, komissiya üzvlərinin bir hissəsi iştirak etməsə belə, səsvermə prosesi davam etdirilə bilər.
