Düzgün.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Ukraynada dörd yaşayış məntəqəsini nəzarət altına alıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətində Lesnoye və Novopodqorodnoye, eləcə də Xarkov vilayətində Karaiçnoye və Budarki yaşayış məntəqələrini nəzarətə götürüblər.
