Cümə, 23 Oktyabr 2026 09:33:37 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Mədəniyyət

Tanınmış rəssam dünyasını dəyişdi

22.05.2026 20:02 · 290 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, heykəltəraş İman Mustafayev  bu gün dünyasını dəyişib.

Qeyd edək ki, o, təhsilini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində alıb, “Rəngkarlıq-heykəltəraşlıq” ixtisasını bitirib. Müntəzəm olaraq dövlət sərgilərində iştirak edən İman Mustafayevin müxtəlif illərdə fərdi sərgiləri açılıb. O, həmçinin Türkiyə, Rusiya, Qazaxıstan, Belarus, Estoniya və digər ölkələrdə keçirilən sərgilərin iştirakçısı olub. Əsasən realizm üslubunda əsərlər yaradan fırça ustası mənzərə və portret janrlarına daha çox müraciət edir. 

Rəssam tablolarında daha çox milli ruha üstünlük verir. Bu tablolar öz koloriti ilə həmişə tamaşaçı diqqətini çəkir. Bunlara “Ulu öndər Heydər Əliyev”, “Xəlil Rza Ulutürk”, “Oqtay Rza”, “Həsən Məmmədov”, “Qara çənlər”, “Köhnə şəhər”, “Uğurlu ov”, “Vətəgədə”, “Kür mənzərəsi”, “Aynalı körpü” və digər əsərlərini aid etmək olar. İman Mustafayev həm də heykəltəraş kimi “Akademik”, Atamın büstü”, “Milli Qəhrəman Nazim Babayev”, “Şəhid Ziyad Əhmədov” və digər abidə və büstlərin müəllifidir.

Onun yaratdığı rəsm əsərləri və büstlər ölkəmizdə və xaricdə müxtəlif qalereyalar, muzeylər və şəxsi kolleksiyalarda qorunub saxlanılır. 

Qeyd edək ki, İman Mustafayev həm də Salyan Dövlət Rəsm Qalereyasının qurucusu olub və 36 il bu sənət ocağına rəhbərlik edib.

↑