Düzgün.az xəbər verir ki, UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.
Yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın “Atletiko” komandası bu gün İngiltərədə “Arsenal”ın qonağı olacaq.
Qarşılaşma “Emireyts” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
İlk görüşdə qalib müəyyənləşməyib – 1:1
Xatırladaq ki, digər finalçı mayın 6-da bəlli olacaq. “Bavariya” Almaniyada Fransanın PSJ kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Birinci qarşılaşmada parislilər sevinən tərəf olublar – 5:4.
