Şənbə, 24 Oktyabr 2026 17:24:37 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

Bakıda xüsusi minmə-enmə zonası və parklanma sahəsi təşkil olunur

05.05.2026 12:00 · 537 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) zamanı tədbir məkanında bir neçə əsas zonada nəqliyyat qovşaqları təşkil ediləcək.

Düzgün.az xəbər verir ki, bu barədə WUF13 dövründə nəqliyyatın idarə olunması planının təqdimatına həsr olunmuş brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov məlumat verib.

Onun sözlərinə görə, yaradılacaq qovşaqlar müxtəlif funksional zonaları əhatə edəcək. Bunlara avtobus dayanacaqları, parklanma sahələri, taksi minmə-enmə zonaları, icazəli parklanma sahələri və xidməti avtobuslar üçün ayrılmış ərazilər daxildir.

“Avtobus dayanacaqlarından bütün nəqliyyat mübadilə mərkəzlərinə birbaşa hərəkət edən avtobusların minmə və enmə əməliyyatları həyata keçiriləcək. Parklanma əraziləri isə avtobusların marşrutlara yönləndirilməzdən əvvəl saxlanılması və hazırlıq vəziyyətinə gətirilməsi üçün nəzərdə tutulub. Taksi minmə-enmə zonası (sarı sahə) qonaqların taksi və şəxsi avtomobillərlə gətirilməsi, düşürülməsi üçün təşkil olunub. İcazəli parklanma sahəsi (mavi zona) yalnız xüsusi buraxılış sənədi olan işçi heyətin istifadəsinə verilib. Xidməti avtobus zonası isə dövlət qurumlarının və podratçı şirkətlərin əməkdaşlarının daşınması üçün ayrılıb. Nəqliyyat qovşağı ümumilikdə dörd giriş nöqtəsi ilə fəaliyyət göstərəcək. Bunlara avtobuslar üçün xüsusi giriş, VİP icazəli nəqliyyat vasitələri üçün giriş, taksi və icazəsiz nəqliyyat vasitələrinin sərnişin düşürmə zonası, eləcə də ümumi nəqliyyat axınının tənzimlənməsi üçün nəzərdə tutulan giriş daxildir”, – deyə Vüqar Aslanov vurğulayıb.

Qeyd olunub ki, ərazidə ümumilikdə 271 dayanma nöqtəsi yaradılıb və qonaqlar üçün 3–5 dəqiqəlik gözləmə imkanı təmin ediləcək: “Həm fərdi taksilər, həm də “Baku Taxi” xidmətinə aid nəqliyyat vasitələri bu zonalarda sərnişinlərin minmə-enmə əməliyyatlarını həyata keçirə biləcək”.

↑