Düzgün.az xəbər verir ki, İngiltərə Premyer Liqasında bir sıra matçların tarixi dəyişdirilib.
İngiltərə Futbol Assosiasiyası ölkə çempionatının təqvimindəki dəyişiklikləri təsdiqləyib. Bildirilir ki, 37-ci turun oyunlarının, eləcə də 31-ci tur çərçivəsindəki matçların yeni tarixləri bəlli olub:
13 may
“Mançester Siti” – “Kristal Pelas”
19 may
“Bornmut” – “Mançester Siti”
“Çelsi” – “Tottenhem”
Bundan başqa, “Aston Villa” və ya “Nottinqem Forest” Avropa Liqasının finalına vəsiqə qazanacağı təqdirdə onların çempionatdakı matçı mayın 15-də oynanılacaq.
