Düzgün.az xəbər verir ki, 25 iyun tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun Silahlı Qüvvələr Günü ilə bağlı Göyçay rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyi tərəfindən M.Ə.Rəsulzadə küçəsində yerləşən rayon İcra Hakimiyyəti binasının qarşısına, Heydər Əliyev prospektində xəritə adlanan guşənin və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayon Natavan küçəsində yerləşən Olimpiya İdman Kompleksinin qarşısına dekorativ güllərin əkilməsi işləri aparılıb.
İlkin olaraq sözügedən yerlərdə çalalar qazılaraq zəruri hazırlıq işləri görülüb.Daha sonra ümumilikdə 60 ədəd dekorativ güllər əkilib.Suvarılıb və aqrotexniki qulluq göstərilib.
Ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın itməməsi məqsədi ilə Şəhər Təsərrüfatı Birliyi tərəfindən rayonda mövcud olan yaşıllıq qorunub, diqqətdə saxlanılır.
Səbuhi Eltonlu
Gülşən Muradova
Arif Heydərov
Düzgün.az Şəhər Təsərrüfatı Birliyi







************





**********







