Şənbə, 24 Oktyabr 2026 23:22:18 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edildi

23.04.2026 18:10 · 292 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin ba. direktoru vəzifəsinə sənəd qəbulu elan edilib.

Bu barədə  Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini tutmaq istəyən namizədlər sənədlərini 27 aprel 2026-cı il saat 9.00-dan 8 may 2026-cı il saat 18.00-dək Azərbaycan Respublikası Audiovizual Şurasına (ünvan: Bakı şəhəri, A.M. Şərifzadə küçəsi 315) təqdim etməlidirlər.

Namizədə dair tələblər sıarsında aşağıdakılar qeyd olunub:

“Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

Namizəd ali təhsilli olmalıdır.

Əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, həmçinin məhkumluğu ödənil­məmiş şəxs namizəd ola bilməz.

Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxs namizəd ola bilməz”.

Təqdim olunmalı sənədlər kimi ərizə, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, kadrların şəxsi uçot vərəqi (fotoşəkil ilə), ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq olunmuş surəti qeyd olunub.

Bildirilib ki, qeyd olunan sənədlər 2 nüsxədə təqdim olunmalıdır.

Qeyd edək ki, Baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir. Hazırda İTV-nin baş direktoru Balakişi Qasımovdur.

↑