Şənbə, 24 Oktyabr 2026 23:22:41 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

Bakıda ilk dəfə Caz və Şərab festivalı təşkil olunacaq

23.04.2026 20:36 · 200 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Dənizkənarı Milli Parkda aprelin 24-dən mayın 3-dək ilk dəfə Caz və Şərab festivalı keçiriləcək.

Festivalla əlaqədar jurnalistlər tədbirin keçiriləcəyi məkanla tanış olublar.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva agentliyə açıqlamasında bildirib ki, qısa fasilədən sonra Bakı bulvarı yenidən maraqlı və zövqlü bir layihəyə ev sahibliyi edir. “Fərqli konsepsiyada təqdim olunan Caz və Şərab festivalı nəfis caz musiqisi ilə qastronomiyanı bir araya gətirir. Düz 10 gün Dənizkənarı Milli Park ərazisində açıq səma altında keçiriləcək festival ziyarətçilərə zəngin proqram təqdim edəcək. Tədbir çərçivəsində yüksəksəviyyəli caz ifaları, zərif qastronomik təcrübələr və seçilmiş şərab nümunələri bir məkanda təqdim olunacaq”,- deyə Əfsanə Mehdiyeva əlavə edib.

Festivalın məqsədi barədə danışan mətbuat katibi deyib: “Festival caz musiqisini qastronomiya və şərabçılıqla birləşdirərək ziyarətçilərə fərqli mühit təqdim etməyi hədəfləyir. 10 gün ərzində canlı konsertlər, gənc kollektivlərin çıxışları, həmçinin yerli məhsulların təqdimatı, dequstasiyalar və ustad dərsləri keçiriləcək. Festivalın əsas məqsədi Azərbaycanın özünəməxsus caz ənənələrinin yaşadılması, gənc istedadlara dəstək verilməsi, caz musiqisinin daha geniş auditoriyaya çatdırmaqdır. Əgər indiyə qədər caz konsertləri qapalı məkanlarda məhdud auditoriya üçün nəzərdə tutulurdusa indi bulvara gələn hər kəs bu musiqinin sədalarını eşidə biləcək. Hər gün üçün xüsusi proqram hazırlanıb. Festival Dövlət Kukla Teatrı yaxınlığında, ənənəvi yarmarka ərazisində keçirilir. Tədbir hər gün saat 13:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hər axşam saat 19:00-dan etibarən açıq səma altında canlı konsert proqramları təşkil olunacaq. Festivalın keçirildiyi məkana və konsert ərazisinə giriş sərbəstdir, yalnız səhnəyə yaxın xüsusi zonalara biletlə daxil olmaq mümkündür. Konsert üçün ayrılmış xüsusi zonalar üçün biletlərin satışı şəhərin kassalarında və onlayn platformalarda təşkil olunub”.

↑