Düzgün.az xəbər verir ki, İspaniya Deputatlar Konqresinin üzvlərinin əksəriyyəti solçu Podemos partiyasının ölkənin NATO-dan çıxması ilə bağlı referendum çağırmaq təklifinin əleyhinə səs verib.
Yalnız 20 deputat ittifaqdan çıxmağın lehinə, 300 deputat isə təşəbbüsün əleyhinə səs verib. İyirmi beş siyasətçi səs verməkdən imtina edib.
