Düzgün.az xəbər verir ki, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.
O, işdən çıxarılması ilə bağlı ərizə yazdığını təsdiqləyib.
“Bundan sonrakı qərarı TƏBİB verəcək”, – deyə N.Bəşirova bildirib.
Qeyd edək ki, Nurəngiz Bəşirova 2023-cü ildən Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsində çalışırdı. Sözügedən tibb mərkəzi uzun illərdir orada baş verən ölüm halları ilə daha çox xatırlanır.
Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və Yeni Klinikanın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib./Bakupost
