Düzgün.az xəbər verir ki, cari ildə Dövlət Neft Fondunun, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcəsinin icrasının auditini həyata keçirməyi planlaşdırırıq.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, müvafiq materiallar başa çatdıqdan sonra Milli Məclisə təqdim olunacaq.
