Bazar, 25 Oktyabr 2026 02:19:02 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

Qaz xətlərində və tüstü bacalarında müayinənin keçirilməsi qaydası təsdiqləndi

21.04.2026 15:00 · 441 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası təsdiqlənib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, müayinə istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar olunması məqsədilə qazpaylayıcı sistem operatoru tərəfindən ödənişsiz keçirilir.

Sahibkarlıq subyektlərinə münasibətdə müayinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Müayinə zamanı qaz qurğularının, qaz xətlərinin və tüstü bacalarının Qanunda nəzərdə tutulan tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasına, qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarına və qaz təchizatı obyektlərinin texniki istismar qaydalarına uyğunluğu, həmçinin qaz qurğuları, qaz xətləri və tüstü bacaları, havalandırma və havadəyişmə xətləri üzrə müayinənin predmetləri, metodları, nöqsan və (və ya) pozuntuların mahiyyəti bu Qaydanın əlavəsinə uyğun olaraq yoxlanılmalıdır.

Qazpaylayıcı sistem operatorunun işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəldən sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə) bu Qaydada nəzərdə tutulan hallar istisna olmaqla, ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməlidirlər.

Bildirişdə müayinənin keçiriləcəyi tarix, məqsədi və ödənişsiz aparılması, tərəflərin hüquq və vəzifələri, müayinənin nəticələrindən asılı olaraq istehlakçının həyata keçirməli olduğu tədbirlər barədə Qanunun tələbləri, habelə istehlakçı qazpaylayıcı sistem operatorunun işçilərinin müayinə keçirilməsi üçün mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda qazpaylayıcı sistem operatorunun qazın verilişini dayandırmaq hüququ və bildirişi imzalayan şəxs barədə məlumatlar əks etdirilir.

Qazpaylayıcı sistem operatorunun işçiləri istehlakçıların mülkiyyətində və ya istifadəsində olan tikinti obyektlərinə daxil olarkən qazpaylayıcı sistem operatoru tərəfindən onlara verilmiş xidməti vəsiqələri mütləq istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidirlər.


Qazpaylayıcı sistem operatorunun işçiləri müayinənin nəticəsi barədə Qanun ilə müəyyən edilmiş formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidirlər. Müayinənin nəticəsinə dair akt elektron üsulla tərtib edildikdə həmin akt elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə istehlakçıya göndərilməlidir.

İstehlakçı qazpaylayıcı sistem operatorunun işçilərinin müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda qazpaylayıcısistem operatoru bu barədə müvafiq aktda qeyd aparmaqla qazın verilməsini dayandırır. Bu halda ağıllı sayğacla təchiz edilmiş istehlakçıya qazın verilməsi məsafədən idarə edilməklə dayandırılır, əvvəlcədən ödənişli sayğacla təchiz edilmiş istehlakçının isə sərfiyyat yükləmə kartının istifadəsinə məhdudiyyət qoyulur.

İstehlakçı tərəfindən qaz qurğularında, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qazpaylayıcı sistem operatoru tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. Təkrar müayinə qazpaylayıcı sistem operatoru tərəfindən ödənişsiz keçirilir. İstehlakçı təkrar müayinə üçün il (ardıcıl on iki ay) ərzində 1 (bir) dəfədən çox müraciət etdikdə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qazpaylayıcı sistem operatoru ilə istehlakçı arasında bağlanılmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmət göstərilməsi zərurəti yarandıqda tədbirlər görülməlidir. İstehlakçının müraciəti əsasında aparılan təkrar müayinə ilə bağlı akt tərtib edilir.

Qazpaylayıcı sistem operatoru təkrar müayinənin aparılmasından imtina etdikdə istehlakçı 1 (bir) iş günü müddətində müəyyən edilmiş nəzarət orqanlarına məlumat verməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə Qanunda nəzərdə tutulmuş tədbirlər görülür. İstehlakçı ilə bağlı üzrlü səbəbdən bildirişdə qeyd edilmiş tarixdə müayinə keçirilməsi mümkün olmadıqda istehlakçı bildirişi qəbul etdiyi tarixdən 1 (bir) iş günü müddətində qazpaylayıcı sistem operatoruna şifahi və ya yazılı formada müraciət edərək, bu Qaydada nəzərdə tutulan tarixdən gec olmayaraq müayinə tarixini razılaşdırmalıdır. Bu Qaydada nəzərdə tutulan səbəblərdən müayinənin keçirilməsi mümkün olmadıqda istehlakçı qazpaylayıcı sistem operatoruna şifahi və ya yazılı formada müraciət etdikdən sonra 1 (bir) iş günü müddətində müayinənin keçirilməsi təmin edilir.

Bu Qaydada nəzərdə tutulan, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qazpaylayıcı sistem operatoru tərəfindən istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli, istehlakçının sərfiyyat yükləmə kartının istifadəsinə qoyulmuş məhdudiyyət aradan qaldırılmalı və aktın 1 (bir) nüsxəsi istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim edilməlidir.

↑