Düzgün.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində yeni kadr təyinatı olub.
Bu barədə ınazir Həsən İsmayılov müvafiq əmr imzalayıb.
Nazirin əmri ilə İman Yusifov nazirlikdə sektor müdiri – baş mühasib vəzifəsinə təyin olunub.
Qeyd edək ki, İ.Yusifov bu təyinatadək nazirlikdə baş məsləhətçi vəzifəsində çalışıb. Daha əvvəl isə Ali Məclisin “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində şöbə müdiri – baş mühasib vəzifəsində işləyib. İ. Yusifov 2014-2018-ci illərdə UNEC-də maliyyə ixtisası üzrə bakalavr təhsili alıb./ Oxu.Az

