Düzgün.az xəbər verir ki, “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”na uyğun olaraq Göyçay Dövlət Peşə Liseyində 2024-2025-ci tədris ilində məzun olacaq tələbələr üçün Dövlət Buraxılış imtahanları keçirilməkdə davam edir.
Liseyin direktoru Elxan Əliyevin və pedaqoji heyətin iştirakı ilə Liseyin “Avtomobillərin təmiri çilingəri” və “Əməliyyatçı-mühasib” qruplarında təhsil alan tələbələr nəzəri və praktiki sualları cavablandıraraq peşə üzrə əldə etdikləri bilik və bacarıqlarını nümayiş etdiriblər. Onların cavabları komissiya sədri və üzvləri tərəfindən qiymətləndirilib.



