Bazar, 25 Oktyabr 2026 09:55:13 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

ETX Macarıstandan daxil olan müraciət əsasında araşdırma aparıb

10.04.2026 09:30 · 305 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, dünyada müşahidə olunan geosiyasi proseslər fonunda əksər ölkələrə qarşı kiberhücumların miqyası artmaqdadır. Bu hücumlar birbaşa ölkəni hədəf almaqla yanaşı, eyni zamanda ölkədə informasiya və kibertəhlükəsizlik tələblərinə cavab verməyən sistemlərdən istifadə etməklə, digər dövlətlərin informasiya sistemlərini hədəfə alırlar.

Bu istiqamətdə Macarıstanın Milli Kibertəhlükəsizlik Mərkəzindən (NCSC Hungary) daxil olan məlumat əsasında Elektron Təhlükəsizlik Xidmətinin (Milli CERT) Rəqəmsal Təhqiqat Mərkəzi geniş araşdırma aparıb. Təqdim edilmiş texniki göstəricilərin (URL və IP ünvanlar) təhlili nəticəsində hadisənin mənbəyi və xarakteri müəyyənləşdirilib.

Araşdırma zamanı məlum olub ki, yerli təşkilatlardan birinə məxsus veb-resurs kiberhücuma məruz qalıb. Kibercinayətkarlar serverə zərərli kod və fayllar yerləşdirərək ondan digər ölkələrin informasiya sistemlərinə icazəsiz müdaxilə üçün istifadə ediblər. Eyni zamanda, həmin infrastruktur vasitəsilə istifadəçilərin fişinq məqsədli saxta resurslara yönləndirilməsi təmin olunub.

Elektron Təhlükəsizlik Xidmətinin (ETX) həyata keçirdiyi operativ tədbirlər sayəsində zərərli fayllar serverdən tamamilə silinib, potensial boşluqların işlək mexanizmləri yoxlanılıb və informasiya sisteminin normal iş fəaliyyəti bərpa edilib.

Elektron Təhlükəsizlik Xidməti hadisə ilə əlaqədar informasiya sistemləri sahiblərinə bir daha informasiya sistemləri və infrastrukturlarının kibertəhlükəsizlik tələblərinə uyğunluğunun yenidən qiymətləndirilməsini və zəruri təhlükəsizlik tədbirlərinin tətbiqini daim nəzarətdə saxlanılmasını tövsiyə edir.

↑