Cümə, 23 Oktyabr 2026 11:44:34 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
İqtisadiyyat

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başladı

10.04.2026 11:11 · 302 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Dövlət satınalmalarının daha şəffaf, operativ və səmərəli təşkili məqsədilə Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (https://rdmis.gov.az/RDMİS) tərkib hissəsi olan “e-müqavilə” altsistemi istifadəyə verilib.

Bu gündən mərhələli şəkildə büdcə təşkilatları mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsi “e-müqavilə” altsistemi vasitəsilə elektron qaydada həyata keçirəcək.

Altsistem “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir.

Yeni sistem dövlət satınalmalarında müasir idarəetmə yanaşmalarının tətbiqi və rəqəmsal transformasiyanın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tətbiq olunan idarəetmə yanaşması müqavilə, uçot və ödəniş zəncirinin RDMİS-in vahid mərkəzləşdirilmiş elektron mühitində idarə edilməsini təmin edir. Bu isə müqavilə öhdəliklərinin sistemli uçotunun aparılmasına, eləcə də dövlət vəsaitlərinin hərəkətinin daha şəffaf və operativ şəkildə izlənilməsinə imkan verir.

Eyni zamanda, adıçəkilən informasiya sistemində toplanan məlumatlar əsasında gələcəkdə süni intellekt texnologiyalarının tətbiqi nəzərdə tutulur ki, bu da risklərin əvvəlcədən müəyyən edilməsinə əlavə imkanlar yaradacaqdır.

Sistemin tətbiqi həmçinin, kağız sənəd dövriyyəsinin azalmasına, əməliyyatların operativliyinin artmasına və insan amilindən irəli gələn risklərin minimuma endirilməsinə xidmət edir. Bu yanaşma dövlət xəzinədarlığı tərəfindən həyata keçirilən ödənişlərin daha dəqiq və əsaslandırılmış şəkildə icrasının təmin edilməsi ilə yanaşı, həm büdcə təşkilatları, həm də təchizatçılar üçün praktiki üstünlüklər yaradır.

Belə ki, büdcə təşkilatları üçün müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət proseslərinin vahid elektron mühitdə həyata keçirilməsi idarəetmənin daha çevik və şəffaf təşkilinə imkan verir, vaxt itkilərini və inzibati yükü azaldır. Təchizatçılar isə müqavilələrin elektron qaydada operativ imzalanması, statusunun real vaxt rejimində izlənilməsi və ödəniş prosesləri ilə bağlı məlumatlara birbaşa çıxış əldə etməklə proseslərdə daha aktiv və məlumatlı iştirak imkanı qazanırlar.

Sözügedən sistem istifadəyə verilməzdən əvvəl Maliyyə Nazirliyi tərəfindən büdcə təşkilatlarının dövlət satınalmaları prosesində, o cümlədən müqavilələrin tərtibində iştirak edən əməkdaşları üçün “e-müqavilə” sisteminin tətbiqi və istifadə qaydaları ilə bağlı praktik təlimlər keçirilib.

Ölkə Prezidentinin 25 avqust 2025-ci il tarixli fərmanından irəli gələn tapşırıqlara uyğun olaraq hazırlanan “e-müqavilə” sistemi dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsinin təmin edilməsi və bu müqavilələrin elektron qaydada bağlanılmasının təşkili istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.

↑