Bazar, 25 Oktyabr 2026 10:38:37 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

Bu qurumların adından kütləvi fişinq hücumları olub – XƏBƏRDARLIQ

08.04.2026 23:56 · 327 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzində aparılmış monitorinqlər və daxil olmuş insident bildirişləri əsasında “AzStateNet” şəbəkəsinə daxil olan müxtəlif dövlət qurumlarına aid elektron poçt ünvanlarını hədəf alan fişinq xarakterli kütləvi e-poçt kampaniyası müəyyən edilib.

Bu barədə  Elektron Təhlükəsizlik Xidmətindən (Milli CERT) bildirilib.

Məlumata əsasən, hücum ssenarisi vətəndaşlarda qorxu və təciliyyət hissi yaratmağa yönəlmiş sosial mühəndislik üsullarına əsaslanaraq, saxta bildirişlər və əlavə sənədlər vasitəsilə qurbanları müəyyən tələbləri yerinə yetirməyə sövq etmək məqsədi daşıyır.

Araşdırma zamanı müəyyən edilib ki, hücum ssenarisinin ilkin mərhələsində legitim təsir bağışlayan e-poçt ünvanından “Cinayət istintaqının zəruriliyi barədə bildiriş” başlıqlı məktub göndərilib, sonrakı mərhələdə isə qurbanla yazışma davam etdirilərək guya hüquqi məsuliyyət və maliyyə öhdəliyi yaradan tələblər irəli sürülüb. Təhlillər nəticəsində qeyd olunan kampaniyanın zərərli keçid və ya fayllardan daha çox psixoloji təzyiq, manipulyasiya və etibardan sui-istifadə elementləri üzərində qurulduğu müəyyən olunub.

Sözügedən insident üzrə detallı araşdırma Mərkəzin Zərərvericilərin Tədqiqatı Laboratoriyası tərəfindən aparılıb.

“Bir daha vətəndaşlara tövsiyə olunur ki, bu tip hallarla qarşılaşdıqda təşvişə düşməsinlər, göndərilən elektron məktubların mənbəyini diqqətlə yoxlasınlar və şübhəli məzmunlu bildirişlərə dərhal cavab verməsinlər. Rəsmi qurumların adından göndərilən, hüquqi məsuliyyət, cərimə və ya təcili hərəkət tələbi yaradan mesajlara qarşı xüsusilə ehtiyatlı yanaşmaq, belə hallarda aidiyyəti qurumlarla birbaşa əlaqə saxlayaraq məlumatı dəqiqləşdirmək vacibdir. Eyni zamanda, şübhəli elektron məktublar və əlavələr aşkar edildiyi halda onların informasiya təhlükəsizliyi üzrə məsul şəxslərə və aidiyyəti qurumlara bildirilməsi kibertəhlükələrin qarşısının vaxtında alınması baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə ETX-nin məlumatında qeyd olunub.

 

↑