Bazar, 25 Oktyabr 2026 14:35:18 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

Məzahir Pənahovun oğlu keçmiş arvadına bu sərvəti qaytaracaq – SİYAHI

31.03.2026 23:10 · 342 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı H.Pənahova arasındakı məhkəmə çəkişməsi başa çatıb.

Bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsi qadına çatmalı olan əmlakın ona qaytarılması barədə qərar çıxarsa da, M.Pənahov bununla razılaşmayıb və Ali Məhkəməyə müraciət edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, iddiada qeyd olunan əşyalar, onlar olmadıqda isə dəyəri Məhəmməd Pənahovdan alınaraq H.Pənahovaya verilməlidir. Məhəmməd Pənahovun isə qərardan kassasiya şikayət verib. Ali Məhkəmə isə Məzahir Pənahovun oğlunun şikayətin təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Mübahisəyə səbəb olan və Məzahir Pənahovun ailəsi tərəfindən keçmiş gəlininə qaytarılacaq 300 min manatlıq əmlakların siyahısı əldə olunub.

Söhbət 17 adda qızıl-zinət əşyasından, 100-ə yaxın şəxsi əl işi olan rəsm əsərindən, ümumi dəyəri 60.000 manat olan iki çamadan şəxsi əşyalardan, 40 adda cehiz əşyasından, 10.000 manat puldan, 40 adda şəxsi geyim əşyalarıdan, 9 adda ziyafət paltarlarından gedir.

Onlardan bir neçəsini təqdim edirik:

1) Toy komplekti: boyunbağı, üzük, qolbaq, sırğalar – 150.000 AZN;

2) Brilyant tək qaş üzük – 50.000 AZN;

3) Mərkəzdə oval böyük brilyant, kiçik dairəvi brilyantlardan əhatə olunmuş tək qaş üzük – 40.000 AZN;

4) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 11.000 AZN;

5) Brilyant komplekt: boyunbağı, nişan üzüyü, sırğalar – 7.000 AZN;

6) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 20.000 AZN;

7) brilyant üzük – 1.500 AZN;

8) Brilyant üzük 1 karatlı zümrüd daşla, yanlarda 0,5 karatlı 10 brilyant daşla – 1.500 AZN;

9) Ağ qızıldan brilyant qolbaq (Roberto Coin 23 qram) – 3.000 AZN;

10) Ağ qızıldan (qara və ağ) brilyant qolbaq (Roberto Coin 23 qram) – 3.000 AZN;

11) Qızıl qolbaq xırda brilyantlarla – 1.500 AZN;

12) Sadə qızıl qolbaq – 700 AZN;

13) Qızıl üzük kiçik brilyantla – 550 AZN;

14) Rado İsveçrə saat – 4.400 AZN;

15) Tissot saat – 3000 AZN;

16) Versace Hellenyium saat – 2266 AZN;

17) Swarovski saat – 824 AZN;

Qeyd edək ki, H.Pənahova keçmiş həyat yoldaşı ilə birlikdə ABŞ-nin Kaliforniya ştatında yaşayıb. Onun sözlərinə görə, evlilik müddətində əri tərəfindən şiddətə məruz qalıb, 17 ay birgə yaşadıqdan sonra qaldıqları villadan qaçaraq xilas ola bilib. Bir müddət əvvəl isə H.Pənahovanın həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmasına dair fotolar yayılmışdı./Teleqraf

↑