Düzgün.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayon Yanğından Mühafizə Hissəsinin rəisi Vüqar Şirinov vəzifəsindən azad edilib.
Bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin digər əmri ilə, Balakən rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə Kənan Eldarov təyinat alıb./Unikal

