Bazar, 25 Oktyabr 2026 16:37:30 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

Novruz bayramında sağlam qidalanma tövsiyələri – VİDEO

20.03.2026 14:10 · 491 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

“Novruz bayramı süfrələrinin bol çeşidli yeməklər və ənənəvi şirniyyatlarla zəngin olması hər kəsə məlumdur. Lakin bu bolluq fonunda düzgün və balanslı qidalanma prinsiplərinə riayət etmək sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır”.

Düzgün.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrində qeyd olunub.

Mütəxəssislər bildirirlər ki, bayram günlərində həddindən artıq qida qəbulu mədə-bağırsaq sistemində narahatlıqlara səbəb ola bilər. Qarın ağrısı, həzm pozuntuları və ağırlıq hissi bu dövrdə ən çox rast gəlinən problemlər sırasındadır. Bu səbəbdən qidalanmada diqqətli olmaq vacibdir.

Balanslı qidalanma üçün hər yeməkdə zülal, yağ, karbohidrat və lif tərkibli qidaların uyğun nisbətdə qəbul edilməsi tövsiyə olunur. Mövsümi tərəvəz salatlarının süfrədə yer alması həm toxluq hissini artırır, həm də həzmi asanlaşdırır. Həmçinin bir yemək zamanı həddindən artıq çeşid istehlakından uzaq durmaq məqsədəuyğundur.

Qidaların seçiminə gəldikdə qızardılmış yeməklər əvəzinə sobada bişmiş ət və balıq məhsullarına üstünlük verilməlidir. Salatlarda mayonez yerinə qatıq, xama və ya kefir əsaslı souslardan istifadə daha sağlam seçim hesab edilir. Xüsusilə balıq yeməklərinin tez istehlak olunması məsləhətdir.

Novruzun ayrılmaz hissəsi olan şirniyyatlar – şəkərbura, paxlava və digər təamlar yüksək kalorili olduğundan porsiyalara nəzarət edilməlidir. Xörəkdən dərhal sonra şirniyyat yemək çəki artımına səbəb yaradır. Eyni zamanda, çərəzlərin gündəlik kalori qəbulunu artırdığı nəzərə alınmalı və miqdarı məhdudlaşdırılmalıdır.

Qidalanma zamanı davranış qaydaları da mühüm rol oynayır. Yeməklərin yavaş yeyilməsi doyma siqnalının vaxtında yaranmasına kömək edir və həddindən artıq yemənin qarşısını alır. Suyun isə yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə içilməsi faydalıdır.

Bundan əlavə, bayram günlərində fiziki aktivliyi qorumaq önəmlidir. Gəzintilər və yüngül idman hərəkətləri artıq qida qəbulunun mənfi təsirlərini minimuma endirir.

Sağlam qidalar seçmək, porsiyalara nəzarət etmək və aktiv həyat tərzini davam etdirməklə Novruz bayramını həm ləzzətli, həm də sağlam keçirmək mümkündür.

 

↑