Bazar, 25 Oktyabr 2026 17:38:58 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

17.03.2026 17:41 · 395 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycanda müxtəlif istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, 161, 162, 185, 198 nömrəli şəhərətrafı, 333 nömrəli qəsəbədaxili və 551 nömrəli şəhərətrafı, eləcə də Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı-Şəki, Bakı–Göyçay, Bakı-Ağcabədi, Bakı-Astara, Bakı-Horadiz, Lənkəran-Astara, Astara-Lənkəran, Mingəçevir–Yevlax və Yevlax-Mİngəçevir şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 15 aprel 2026-cı il saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı-Şəki, Bakı-Göyçay, Bakı-Ağcabədi və Bakı-Astara istiqamətlərində 7 lot üzrə mayın 5-də, Bakı-Horadiz, Lənkəran-Astara, Astara-Lənkəran, Mingəçevir–Yevlax və Yevlax-Mİngəçevir istiqamətlərində 5 lot üzrə mayın 8-də, 161 nömrəli (Əmircan qəsəbəsi – Hövsan qəsəbəsi), 162 nömrəli (Ramana Yeni yaşayış kompleksi – “Koroğlu” NMM), 185 nömrəli (Kürdəxanı qəsəbəsi – Qara Qarayev prospekti), 198 nömrəli (“Koroğlu” NMM – Zabrat qəsəbəsi) şəhərətrafı, 333 nömrəli (Binə qəsəbəsi (Yeni yaşayış massivi) – (Sovxoz yaşayış massivi)) qəsəbədaxili və 551 nömrəli (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – “Atyalı” yaşayış massivi) şəhərətrafı avtobus marşrutları üzrə 6 lotda mayın 12-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

↑